Prezidenti İlham Əliyev İrəvan xanlığı barədə açıqlama verib
19 Sentyabr 2013 Cümə Axşamı 00:07
Prezidenti İlham Əliyev: Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm.
“Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Göyçə, Zəngəzur mahallarıdır. Vaxt gələcək biz orada da yaşayacağıq. Mən buna inanıram, buna əminəm. Buna nail olmaq üçün hər birimiz öz səylərimizi qoymalıyıq, hər birimiz öz işimizlə o müqəddəs günü yaxınlaşdırmalıyıq”. Bu sözləri sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirakı zamanı deyib.

Prezident həmçinin sovet dövründə tarixim təhrif edildiyindən danışıb: “Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir... Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır. Erməni faşizminə o vaxt düzgün qiymət verilmədiyi üçün sonra tarixin müxtəlif dövrlərində erməni faşizmi öz yırtıcı sifətini nümayiş etdirmişdir”

Prezident Dağlıq Qarabağı da unutmayıb: “Biz hamımız yaxşı bilirik ki, Azərbaycanın ayrılmaz torpağı olan Dağlıq Qarabağa ermənilər XIX əsrin birinci yarısında Şərqi Anadoludan və İrandan köçürülmüşdür. Onlar orada məskən salmışdır və ondan sonra dinc Azərbaycan əhalisinə qarşı öz təxribatlarını başlamışlar. Yəni, bu tarixi paralel, ondan sonra Bakı soyqırımı, Quba soyqırımı İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməli və gözəl əsərlər yaradılmalıdır”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar