Prezident yeni komissiyasi
29 Oktyabr 2013 Çərşənbə Axşamı 19:55
İlham Əliyev Cənub Qaz Dəhlizi haqqında sərəncam verib
Prezident İlham Əliyev Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında sərəncam verib.
Sərəncamda deyilir:
Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası yaradılsın:
Komissiyanın sədri
Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin
birinci müavini.
Komissiyanın üzvləri:
Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin
köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini
Natiq Əliyev – Azərbaycan Respublikasının energetika
naziri
Şahin Mustafayev – Azərbaycan Respublikasının
iqtisadiyyat və sənaye naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə
naziri
Hüseynqulu Bağırov – Azərbaycan Respublikasının ekologiya
və təbii sərvətlər naziri
Rövnəq Abdullayev – Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin prezidenti
Şahmar Mövsümov – Azərbaycan Respublikası Dövlət Neft
Fondunun icraçı direktoru.
2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Dövlət Komissiyası:
2.1. aparılan işlərin layihə iştirakçıları ilə əlaqələndirilməsini, ortaya çıxan məsələlərin Komissiyanın müəyyən etdiyi aidiyyəti qurumlar tərəfindən operativ həllini təmin edir;
2.2. Komissiya tərəfindən müəyyən olunan hallarda həyata keçirilən tədbirlərə dair təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
2.3. işlərin gedişi haqqında mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.
DOSTLARINLA PAYLAŞ: