Prezident olmaqdan bezmişəm
04 Fevral 2011 Cümə 00:20
Misir prezident istefasından sonrakı xaosdan qorxduğunu bəyan edib
“Prezident olmaqdan bezmişəm”. Bunu Misir prezidenti Hüsnü Mübarək ABC telekanalına müsabihəsində deyib. O bildirib ki, vəzifədən getmək istəsə də, bundan sonrakı xaosdan qorxur.
Xatırladaq ki, Misirdə 30 ildir hakimiyətdə Hüsnü Mübarəkin istefası, eləcə də, iqtisadi və siyasi islahatlar tələbi ilə aksiyalar keçirilir. Dövlət başçısı hökuməti istefaya göndərsə də, ölkənin iri şəhərlərində xalq etirazları səngimir. Televiziya ilə xalqa müraciət edən Hüsnü Mübarək bəyan edib ki, xalqın iradəsini ifadə etməsini, nümayiş azadlığını dəstəkləyir. O bildirib ki, bəzi hallarda nümayüişçilər qanuni çərçivələri aşıblar.
DOSTLARINLA PAYLAŞ: