Prezident İlham Əliyev Salyanda olub
14 Mart 2012 Çərşənbə 11:52
Dövlət başçısı “Kür” otelinin əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonunda olub. Dövlət başçısı əvvəlcə Salyan şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə il ərzində görülmüş işlər barədə məlumat verilərək bildirilib ki, dövlət başçısının 2011-ci il 19 aprel tarixli Sərəncamı ilə ayrılan 2 milyon manat vəsait hesabına çoxmərtəbəli kommunal evlərin fasadları müasir memarlıq üslubunda təmir edilib, milli ornamentlərlə bəzədilib, küçələrdə 630 işıqlandırma dirəyi quraşdırılıb. Daxili imkanlar hesabına Ələt-Astara magistral avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində 5 min metrdən çox istinad divarı tikilib və “Gülbax” daşla üzlənib. Küçələr abadlaşdırılıb, geniş ərazidə yaşıllaşdırma işləri görülüb.

***
Daha sonra İlham Əliyev Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi bina kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

Kompleksin texniki göstəricilərini əks etdirən stendlərə və eskiz layihələrinə baxan Prezident İlham Əliyevə məlumat verilib ki, Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi müasir memarlıq üslubunda, orijinal layihə əsasında inşa olunur. Kompleksin tikintisinə ötən ilin dekabrında başlanılıb. Üçmərtəbəli binanın qarşısında ulu öndərin əzəmətli abidəsi ucaldılacaq. Abidənin ətrafında fəvvarə kompleksləri tikiləcək.

Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında 78 xidməti otaq olacaq. Burada əməkdaşların səmərəli fəaliyyəti üçün lazımı şərait yaradılacaq. Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

***

Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində “Kür” otelinin əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, oteldə əsaslı yenidənqurma işlərinə 2009-cu ildə başlanıb. Dördmərtəbəli oteldə 57 nömrə vardır. Nömrələr yüksək xidmət standartlarına cavab verir.

Diqqətə çatdırılıb ki, otelin nəzdində şadlıq sarayı, restoran, bar-kafe və mağaza tikilib.
Qeyd edilib ki, oteldə quraşdırılmış liftlər “Gilan” MMC-nin Qəbələ lift zavodunda istehsal olunub. Burada mərkəzləşdirilmiş havalandırma sistemi, transformator quraşdırılmış, su hovuzu tikilib. Otelin ətrafı abadlaşdırılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar