Prezident İlham Əliyev Qazaxa səfər edib
12 Aprel 2012 Cümə Axşamı 11:57
Dövlət başçısı Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev respublikanın şimal-qərb bölgəsinə səfər edib. Səfər çərcivəsində dövlət başçısı bu gün Qazax rayonuna gəlib.
Dövlət başçısı əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qazax Rayon İcra Hakimiyyətinin başcısı Ayaz Əsgərov Prezident İlham Əliyevə ulu öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Bildirilib ki, dörd hektar ərazini əhatə edən parkda tikinti işləri bu ilin yanvar-aprel aylarında aparılıb. Ərazinin yenidən qurulan iki hektar sahəsinə dekorativ daşlar, qranit plitələr döşənib və asfalt örtük salınıb. Burada 10 min kvadratmetr sahədə yaşıllıq zolağı salınıb, dekorativ ağac və gül kolları əkilib. Müasir memarlıq üslubunda inşa olunmuş iki fəvvarə Heydər Əliyev parkını daha da gözəlləşdirib. Parkda yol və səkilərin kənarları, girişi qranit və dekorativ daşlarla bəzədilib. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb və oturacaqlar qoyulub.
Görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
DOSTLARINLA PAYLAŞ: