Prezident İlham Əliyev Ağcabədi şəhərindədir
06 May 2011 Cümə 12:36
İlham Əliyev Ağcabədi şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi rayonuna səfər edib. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, abidənin ətrafında yeni yaşıllıq zolağı salınıb, ağac və bəzək kolları əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılıb.

Xatırladaq ki, dünən dövlət başçısı Sabirabad və İmişli rayonlarında olub. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar