Gündəm

Prezident həmsədrləri qəbul edib

Görüşdə Qarabağ danışıqlarının hazırkı vəziyyəti müzakirə olunub

· Xəbərçi
Prezident həmsədrləri qəbul edib
Prezident İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun həmsədrlərini - Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

ATƏT-in vasitəçilərinin xarici işlər naziri Elmar Məmmədyarov ilə də görüşəcəyi bildirilir. Sabah həmsədrlər İrəvana yola düşəcək.

Şərhlər