Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb. 92 məhkumun əfv olunması haqqında sərəncam bu gün imzalanıb.
Sərəncam əsasında 75 məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 1 şəxs şərti cəzadan, 2 nəfər islah işləri cəzasından, 14 şəxs isə cərimə cəzasından azad ediliblər.
Azərbaycan Respublikasının Prezidenti əmin olduğunu bildirib ki, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxararaq Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklər.
Sərəncamın mətni mətbuatda dərc ediləcək.
Prezident əfv sərəncamı imzalayıb
92 məhkumun əfv olunması haqqında sərəncam bu gün imzalanıb.




Şərhlər