Polşa prezidenti İlham Əliyevlə görüşüb
25 İyul 2011 Bazar Ertəsi 12:14
Polşa prezidenti İlham Əliyevlə görüşüb. Görüş zamanı ikitərəfli əlaqələrə toxunulub.
Polşa prezidenti Bronislav Komorovski Bakıda rəsmi səfərdədir. Rəsmi səfər çərçivəsində Polşa prezidentinin rəsmi qarşılanma mərasim olub. Fəxri qarovul önündən keçən Komorovski əsgərləri salamlayıb.
Salamlamadan sonra o ilk olaraq prezident İlham Əliyevlə təkbətək görüş keçirib. Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş baş tutub.
Prezident İlham Əliyev bildirib ki, iki ölkə arasında çoxşaxəli əlaqələr mövcuddur:
"Bu gün keçirilən görüş gələcək münasibətlər üçün təkan rolunu oynayır. Siyasi sahədə əlaqələr həm də iqtisadi sahədə əməkdaşlıq üçün zəmin yaradır".
Polşa prezidenti Bronislav Komoroski isə öz növbəsində deyib ki, 20 il əvvəl müstəqilliyini əldə edən Azərbaycanın iqtisadi sahədə əldə olunan uğurları onun dünyada nüfuzunun artmasına gətirib çıxarır.
Geniştərkibli görüşdən sonra tərəflərin qarşılıqlı sənədlərə imza atacağı gözlənilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: