Polis Sadovod bazarında əməliyyat keçirdi
28 Oktyabr 2013 Bazar Ertəsi 13:36
Polis Sadovod bazarında əməliyyat keçirdi. Sənədləri olmayan şəxslər avtobuslara aparılır.
Moskva polisi "Sadovod" bazarında genişmiqyaslı əməliyyata başlayıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bazara girən polis əməkdaşları vətəndaşlardan sənədlərini tələb edirlər.

Əməliyyatın Moskva bazarlarının dekriminalizasiyası üzrə tədbirlər çərçivəsində həyata keçirildiyi və sənədləri olmayan şəxslərin sonrakı yoxlama üçün avtobuslara aparıldığı bildirilir.

Şahidlərin verdiyi məlumata görə, yerli vaxtla saat 11: 30 radələrində bazara girən polis əməkdaşları özlərini ədəbli aparır və nəzakətlə vətəndaşlardan sənəd tələb edirlər. Bununla belə, adamların çoxu polsi yoxlanışından keçməmək üçün başqa yollarla bazarı tərk etməyə başlayıblar.

Məlumata görə, polis reyd zamanı Rusiya ərazisində yaşayan miqrantların sənədlərinin qanuniliyini yoxlayır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar