Polad Bülbüloğlu Orxan Zeynalovdan danışdı
18 Oktyabr 2013 Cümə 19:36
Polad Bülbüloğlu: Söz veriblər ki, ən yaxın zamanda bizim diplomatları Oerxan Zeynalovun yanına buraxacaqlar.
"Rusiyada qətl törətməkdə ittiham olunan Orxan Zeynalov üçün Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən vəkil və tərcüməçi tutulub. Məsələ ilə məşğul olmaq üçün səfirliyin iki diplomatı ayrılıb". Bu barədə ANS-ə eksklüziv açıqlamasında Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu məlumat verib.

“Hələki bizim notamız demək olar ki, öz əksini tapmayıb. Həbs olunan şəxsin yanına bizim diplomatlar hələki buraxılmayıb. İndi biz onun üzərində iş görürük. Nazirliyin müvafiq departamenti ilə danışmışam. Kəskin surətdə narazılığımı bildirmişəm. Və söz veriblər ki, ən yaxın zamanda bizim diplomatları Zeynalovun yanına buraxacaqlar”.




DOSTLARINLA PAYLAŞ:

oyunlar