“Azərbaycan demokratikləşmə istiqamətində doğru yoldadır”. ANS PRESS-in məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda parlament seçkiləri ilə əlaqədar Müşahidə Missiyasının rəhbəri Pol Vil deyib. O əlavə edib ki, bugünkü seçki prosesi əvvəlki illərdən fərqli olaraq sülh şəraitində keçirilir.
“Gün ərzində seçkilərlə bağlı ciddi qanun pozuntusu aşkarlanmayıb. Azərbaycan doğrudan da demokratiyaya istiqamətlənmiş yoldadır”, - deyə Pol Vil əlavə edib. ANSPRESS
Pol Vil: "Azərbaycan doğru yoldadır"
AŞPA Müşahidə Missiyasının rəhbəri Pol Vil Azərbaycanda seçkilərin gedişatını dəyərləndirib.




Şərhlər