Gündəm

Plastik kartlarınız işləməyəcək

Dekabrın 6-da “AzeriCard"da texniki yeniləşmə işləri aparılacaq

· Xəbərçi
Plastik kartlarınız işləməyəcək
Azərbaycan Beynəlxalq Bankının 100 faizlik mülkiyyətində olan "AzeriCard" prosessinq mərkəzi sistemində texniki yeniləşmə işlərinə başlayır. Mərkəzdən ANS PRESS-ə verilən məlumata görə, bununla əlaqədar dekabrın 6-da prosesinq mərkəzinin fəaliyyəti saat 01:00-dan 03:00-a qədər tam dayandırılacaq.

Bu işlər planlı şəkildə və ildə bir neçə dəfə həyata keçirilir. Texniki səbəblərdən bankomat, POS-terminallar, kartlar və elektron kommersiya sisteminin işi müvəqqəti dayandırılacaq.

Şərhlər