Gündəm

Planetimizə doğru asteroid gəlir

Asteroid Yer planetindən 6 milyon kilometr məsafədən yan keçəcək.

· Xəbərçi
Planetimizə doğru asteroid gəlir
Bu gecə Yer planetinin yanından böyük bir asteroid keçəcək. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bu asteroid ilk dəfə 1998-ci ildə qeydə alınıb. Onun diametri 3 kilometrdir.

Mütəxəssislərin sözlərinə görə, planetə doğru yaxınlaşan kosmik cism o qədər böyükdür ki, hətta onun şəxsi sputnikinə məxsusdur.

Artıq astronomlar bu cismə ad da qoyublar - 1998 QE2. Onlar iddia edir ki, asteroid Yer planetindən 6 milyon kilometr məsafədən yan keçəcək. Hazırda alimlər bu cismin hansı cinsdən olduğunu və Bəşəriyyətin hansı hissəsində yarandığını ayırd etməyə çalışırlar.

Qeyd edək ki, Yer planetinin yaxınlığından keçəcək asteroidi ancaq teleskopla hörmək mümkün olacaq.

Şərhlər