Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Ermənistanda səfərdədir. O, artıq Ermənistan müxalifətinin lideri, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb. Görüşdə Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
Bundan başqa, görüşdə Ermənistanda demokratiya ilə bağlı problemlər ətafında fikir mübadiləsi aparılıb. Xüsusi diqqət siyasi məhbus probleminə yönəldilib.
Semnebi Ermənistan parlamentinin spikeri Ovik Abramyanla da görüşüb. Bu görüşdə də əsas müzakirə obyekti Türkiyə-Ermənistan məsələsi olub. Spiker bildirib ki, əgər Türkiyə münasibətlərin normallaşdırılması prosesini dayandırsa, Ermənistanda da adekvat addımlar atacaq. ANSPRESS
Piter Semnebi regionda səfərdədir
Avropa İttifaqının xüsusi nümayəndəsi Piter Semnebi Ermənistan müxalifətinin lideri və parlament spikeri ilə görüşüb




Şərhlər