Gündəm

Piter Semnebi İqbal Ağazadə ilə görüşüb

Piter Semnebi İqbal Ağazadə görüşündə əsasən Avropa Birliyi – Azərbaycan münasibətləri müzakirə olunub.

· Xəbərçi
Piter Semnebi İqbal Ağazadə ilə görüşüb
Bu gün Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Avropa Birliyinin Cənubi Qafqaz üzrə səlahiyyətli nümayəndəsi Piter Semnebi ilə görüşüb. Partiyadan ANS PRESS-ə verilən məlumata görə, görüşdə əsasən Avropa Birliyi – Azərbaycan münasibətləri müzakirə olunub.

Daha sonra Azərbaycanda ictimai-siyasi vəziyyət və Avropa Birliyinin ölkəmizdəki 5 illik missiyası barədə fikir mübadiləsi aparılıb. Ümid Partiyasının sədri, millət vəkili İ.Ağazadə Avropa Birliyinin Azərbaycandakı beş illik fəaliyyətini müsbət qiymətləndirdiyini bildirib. ANSPRESS

Şərhlər