Gündəm

Peru Azərbaycana dəstək çıxıb

Peru Azərbaycana dəstək çıxıb. Rəsmi Lima Qarabağda keçirilən “seçkilər”i tanımayıb.

· Xəbərçi
Peru Azərbaycana dəstək çıxıb
Azərbaycanın BMT yanında daimi nümayəndəliyinə işğal olunmuş ərazilərimizdə keçirilən “parlament seçkiləri”nə Perunun BMT yanında daimi nümayəndəliyinin mövqeyini əks etdirən məktub daxil olub. Xarici İşlər Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, cari ilin 23 may tarixində daxil olan sənəddə Perunun dövlətlərin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı və ərazini zəbt etmək üçün gücün tətbiq edilməsinin qəbuledilməzliyi prinsiplərinə hörmət etdiyi təsdiq edilir.

Məktubda Perunun Dağlıq Qarabağ münaqişənin sülh və dialoq yolu ilə nizamlanmasına tərəfdar olduğu bildirilir və bu məqsədlə BMT və ATƏT-in Minsk Qrupu çərçivəsində göstərilən səylərin dəstəkləndiyi vurğulanır. ANSPRESS

Şərhlər