Azərbaycan Parlamentinin spikeri Oktay Əsədov fevralın 20-22-i İrana rəsmi səfər edəcək.
Bu barədə Azərbaycanın İrandakı səfirinin məsləhətçisi İlxan Zamanov Trend News-a məlumat verib.
Əsədovun Tehrana iranlı həmkarı Əli Laricaninin dəvəti üzrə səfəri bu ölkənin eks-spikeri Qulaməli Xədat Ədilyanın ölkəmizə səfərinə cavab olacaq.
Səfər zamanı Əsədovun İran Prezidenti Mahmud Əhmədinejad, XİN-nin rəhbəri Mənüçöhr Möttəki və digər rəsmi şəxslərlə görüşü gözlənilir. ANSPRESS
Parlamentin spikeri İrana gedir
Oktay Əsədovun Mahmud Əhmədinejad, Manuçöhr Mottaki və digər rəsmi şəxslərlə görüşü gözlənilir




Şərhlər