Panama Ermənistanın işğalçılıq siyasətini pislədi
15 Avqust 2013 Cümə Axşamı 01:18
Panama parlamenti bununla bağlı 4 saylı qətnamə qəbul edib.
Panama Milli Assambleyasında "Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi”nə dair 4 saylı qətnamə qəbul edilib.
XİN-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qətnamə layihəsi Milli Assambleyanın plenar iclasında səsverməyə çıxarılaraq yekdilliklə qəbul olunub.
Qətnamədə, Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, bu hərbi münaqişə zamanı və ondan sonra Azərbaycan əhalisinin hüquqlarının kobud şəkildə pozulması, xüsusən də 1992-ci ildə azərbaycanlılara qarşı Xocalıda Ermənistan tərəfindən törədilmiş soyqırım qətiyyətlə pislənilib.
Qətnamədə BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə əməl edilməsi üçün Ermənistan Respublikası hökumətinə çağırış da əksini tapıb.
DOSTLARINLA PAYLAŞ: