. ANS PRESS-in “Qarabağ”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, “Taras”, "Rid" və “Vaslui” ilə qarşılaşan klubun siyahısına daha bir rəqib əlavə olunub. Belə ki, ağdamlılar sabah Ukraynanın “Obolon” klubu ilə qarşılaşacaq.
Onu da qeyd edək ki, yanvarın 31-də Rumıniyanın “Petrolul Ploiesti” klubu ilə planlaşdırılan oyun da da qüvvədədir. Baş məşqçi Qurban Qurbanov bu 2 oyuna fərqli heyəti meydana buraxacaq.
“Obolon”la oyun Bakı vaxtı ilə saat 17:00-da, “Petrolul Ploiesti” ilə oyun isə saat 17:15-də baş tutacaq.
Oyun sabah Antalyada baş tutacaq
Ağdamın “Qarabağ” klubu Antalyadakı təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdırsa da, komandanın planlarına müəyyən dəyşikliklər edilib.




Şərhlər