Ötən il Qəbələyə 30 450 turist səfər etdib
10 Yanvar 2011 Bazar Ertəsi 05:55
Onlardan 26 124-ü yerli, 4 326 nəfəri isə xarici vətəndaşlardır.
Qəbələ rayonuna səfər edən yerli və xarici turistlərin sayı ildən-ilə çoxalır. Rayon mədəniyyət və turizm şöbəsindən verilən məlumata görə, 2010-cu ildə Qəbələyə 30 min 450 turist səfər edib. Onlardan 26 124-ü yerli, 4 326 nəfəri isə xarici vətəndaşlardır. Qonaqların 26 850-i müxtəlif turizm obyektlərində istirahət edib, 3 368-i işgüzar səfərdə olub, 232-i isə sanatoriyada müalicə olunub.

Ötən il Qəbələnin 10-dan artıq yerli və beynəlxalq əhəmiyyətli iqtisadi və mədəni-kütləvi tədbirlərə ev sahibliyi etməsi rayona işgüzar səfərə və istirahətə gələnlərin sayının artmasına səbəb olub. Məlumata görə 2008-ci ildə Qəbələyə 14 630 turist, 2009-cu ildə isə 29 855 turist səfər edib.

Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyətdədir. Qəbələdə müasir standartlara cavab verən turizm obyektlərinin sayı ötən 6 ildə 15-ə çatıb. Həmin turizm mərkəzlərində yüksək səviyyədə restoran və otel xidmətlərinin, eləcə də meşə gəzintisi, balıq ovu, göldə qayıqla gəzinti, görməli yerlərə və tarixi abidələrə səyahət və s. xidmətlərin göstərilməsi üçün geniş imkanlar yaradılıb. Hazırda rayonda daha 3 belə obyektin inşası davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar