Ötən il 5679 nəfər edam olunub
08 Oktyabr 2010 Cümə 15:25
Ötən il 5679 nəfər edam olunub. Avropa İttifaqı edam cəzasının ləğv edilməsi üçün cəhdlərini davam edir.
Keçən il ən azı 5679 edam cəzası icra olunub. Avropa İttifaqının Azərbayacandakı nümayəndəliyindən ANS PRESS-ə daxil olan məlumata görə, edam cəzası qüvvədə olan ölkələrdə beynəlxalq norma və standartlar sahəsində ciddi problemlər yaşanır:

"Bu da edam cəzasının ləğv edilməsi təşəbbüslərinin artmasını daha da zəruriləşdirir. Edam cəzasının ləğvi bu günədək bütün dünyada 30-dan artıq layihəni dəstləkləmiş və ləğv etmə layihələrinin əsas maliyyələşdirmə mənbəyi olan Demokratiya və İnsan Hüquqları üzrə Avropa Alətinin (EIDHR) tematik prioritetlərindən biridir".

Qeyd edək ki, 10 oktyabr edam cəzasına qarşı beynəlxalq və Avropa mübarizə günüdür. Bir çox ölkələrdə ölüm hökmünün ləğvi və məhdudlaşdırılması istiqamətində tendensiyanın artmasına baxmayaraq, dünyada edam cəzasının tətbiqinin sayı və üslubu həyəcan doğurur. Bu, 139 ölkədə, yəni dünya ölkələrinin üçdə ikisində qanunda və ya təcrübədə ləğv olunub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar