Ötən həftənin xəbər icmalı
07 May 2012 Bazar Ertəsi 00:30
Milli Məclis Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı beynəlxalq qurumlara müraciət qəbul etdi
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın İrana səfəri zamanı bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi İranın Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazır olduğunu növbəti dəfə bəyan etdi.

Neft akademiyasında törədilən qətliamdan 3 il ötdü.

Milli Məclis Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı beynəlxalq qurumlara müraciət qəbul etdi.

BMT Təhlükəsizlik Şurasına sədrlik bir aylıq müddətinə Azərbaycana keçdi.

BMT müşahidəçilərinin Suriyada olmasına baxmayaraq, ölkənin üçüncü böyük şəhəri və Bəşər Əsəd rejiminə qarşı üsyanın beşiyi olan Homsda döyüşlər bu həftə də davam etdi.

Təzə ayın başlamasıyla ölkəyə “VAZ -2107” avtomobillərinin gətirilməsi dayandırıldı.

BMT-də Azərbaycan prezidentinin iştirakı ilə rəsmi qəbul keçirildi.

Avropa yayımları birliyi ermənistanı “Eurovision-2012”-də iştirakdan imtina etdiyinə görə cəzalandırdı.

Dağıstanda 15 dəqiqə fərqlə baş verən iki partlayışda 14 nəfər öldü, 100-dən çox insan isə yaralandı.

İranda parlament seçkilərinin ikinci turu keçirildi.

Ermənistanda hakim partiyanın seçkiqabağı konsertində baş verən partdlayış zamanı 150-dən çox insan yaralandı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar