Gündəm

Orxan Zeynalov ömürlük hebs cezası ala biler

Hemyerlimiz Orxan Zeynalov mehkemede günahsız olduğunu bildirse de, Rusiya metbuatı delil-sübutların onun eleyhine olduğunu iddia edir.

· Xəbərçi
Orxan Zeynalov ömürlük hebs cezası ala biler
Moskvada qətldə şübhəli bilinən azərbaycanlı Orxan Zeynalov ömürlük həbs cəzasına məhkum oluna bilər. ANS PRESS-in məlumatına görə, Moskva Baş İstintaq İdarəsinin səlahiyyətlisi Sergey Stukalov "İnterfaks"a bildirib ki, həmyerlimiz xuliqanlıqda itiham olunur. Bu isə o deməkdir ki, Orxan Zeynalovun günahı sübuta yetirilsə, omürlük həbs cəzası ala bilər.

Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsində xuliqanlığa görə, maksimum 15 il cəza verilə bilər. Bu şərtlə ki, cinayəti törədən şəxsin müsbət xarakteristikası olsun və ilk dəfə ağır cinayət törətsin. Uzun müddət Rusiyada yaşayan Orxan Zeynalov indiyə kimi ağır cinayət törətməsə də, inzibati xəatalara yol verdiyi iddia olunub.

Orxan Zeynalov məhkəmədə günahsız olduğunu bildirsə də, Rusiya mətbuatı dəlil-sübutların onun əleyhinə olduğunu iddia edir. Rus təhqiqatçılar istintaqın yüksək səviyyədə keçirildiyi təqdirdə, Orxan Zeynalovun günahını sübuta yetirmək mümkün olduğu qənaətindədirlər

Şərhlər