Orxan Zeynalov dindirilme vaxtı hadise yerinde olmadığını söyleyib
18 Oktyabr 2013 Cümə 22:06
Orxan Zeynalov dindirilme vaxtı hadise yerinde olmadığını söyleyib. Bunu Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin deyib.
Biryuleva rayonunda Yeqor Şerbakovun qətlində şübhəli bilinən Orxan Zeynalov dindirmədə günahını etirafetməyərək qətl törədilən yerdə olmadığını bildirib.
ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin deyib.
Qeyd edək ki, bunadək Orxan Zeynalova Qərbi Biryulevo sakini Yeqor Şerbakovun qətlinə görə ittiham təqdim edilmişdişdi.
Rusiya İstintaq Komitəsinin Moskva idarəsinin rəsmi təmsilçisi Sergey Stukalovun sözlərinə görə, ona Rusiya Cinayət Məcəlləsinin 105-ci “qətl” maddəsi ilə ittiham edilib.
DOSTLARINLA PAYLAŞ: