Orucun olar olmazları
29 İyul 2011 Cümə 11:46
"Karvan"nın yeni sayını qaçırmayın. Orucun olar olmazları.
Ramazan bayramı ərəfəsində "Karvan" jurnalının müqəddəs aya həsr edilən yeni sayı artıq hazırdır. Jurnalın yeni nömrəsində bir gecəsi min aydan üstün olan Qədr gecələrinin qədrini bilmək üçün ən gözəl fürsət yaranıb. Bu ayda Cənnətin qapıları açılar, Şeytan zənçirlənər. insan övladının mənən islah olunması üçün ən gözəl şərait yaranar. Ramazan əxlaqın zülal tək saflaşdığı, ruhun Allah dərgahına ucaldığı bir aydır.

Jurnal redaksiyası bu ay oxucuların görüşünə xüsusi hazırlıq görüb gəlib. Sizdən orucluğa dair xeyli suallar aldıq və hamısına aydınlıq gətirdik. Bununla yanaşı, Ramazan ayının və bu ayda qərar tutan Qədr gecələrinin savab və fəzilətləri, bu gecədə şəhadət şərbətini içən İmam Əlinin (ə) son tövsiyələri barədə də ətraflı məlumatlar verilir, hər məqama diqqət yetirilib heç nəyi nəzərdən qaçırmayıb.

Jurnalda orucun intim həyatı və olar-olmazları, Ramazan ayının gündəlik dualarını, ən dəqiq imsak və iftar vaxtlarını oxuculara təqdim edilib, məzhəb ayrı-seçkiliyinə dair həqiqətləri bölüşüb.

Bu "Karvan"dan geri qalmayın. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar