Oqtay Əsədov Təbrizə gedib
22 Fevral 2010 Bazar Ertəsi 12:35
İranda rəsmi səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov paytaxt Tehrandakı proqramını tamamladıqdan sonra Təbrizə gedib.
APA-nın “İribnews”a istinadən verdiyi məlumata görə, O. Əsədovu Təbriz hava limanında Şərqi Azərbaycan əyalətinin rəhbəri və digər rəsmi şəxslər qarşılayıb.

Azərbaycan Milli Məclisinin sədri Təbrizdə bir sıra rəsmi şəxslərlə görüşəcək və traktor zavoduna baxış keçirəcək. O. Əsədov şairlər məqbərəsini, o cümlədən böyük şair Məhəmməd Hüseyn Şəhriyarın məzarını da ziyarət edəcək. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar