Oqtay Əsədov İrana səfər edəcək
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov yaxın günlərdə İrana rəsmi səfər edəcək.
APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan İranın səhiyyə naziri Mərziyə Vahid Dəstcerdi deyib. O bildirib ki, Azərbaycan parlamentinin sədri İran prezidenti Mahmud Əhmədinejad və İran İslam Şurası Məclisinin (parlament) sədri Əli Laricani ilə görüşəcək. APA




Şərhlər