Gələn ildən OPEK-də sədrlik vəzifəsini İranın neft sənayesi naziri Səid Maqsud Mirkazimi icra edəcək. İranın qurumdakı nümayəndəsi Muhamməd Əli Hatibi bildirib ki, bu son 36 il ərzində baş verən ilk hadisədir.
Hatibinin sözlərinə görə, 2011-ci ildə İran İslam Respublikasının OPEK-də sədr qismində seçilməsi haqda qərar quruma üzv ölkələrin nazirlərinin 157-ci sessiyasında qəbul edilib.
Qeyd edək ki, OPEK və yaxud da neft ixrac edən ölkələrin nazirlərinin 157 sessiyası işinə bu gün Avstriyanın paytaxtı Vyanada başlayıb.
OPEK-ə 12 ölkə Əlcəzair, Аnqola, Venesuela, İraq, İran, Qətər, Кüveyt, Liviya, Nigeriya, BƏƏ, Səudiyyə Ərəbistanı və Ekvador daxildir. ANSPRESS
OPEK-ə İran sədrlik edəcək
Müvafiq qərar quruma üzv ölkələrin nazirlərinin 157-ci sessiyasında qəbul olunub.




Şərhlər