Onların harada olması araşdırılıb
10 May 2013 Cümə 12:45
Xələf Xələfov: “İranda saxlanan vətəndaşlarımızın günahı yoxdursa, Azərbaycan dövləti onların azad olunması üçün əlindən gələni edəcək”
“Azərbaycan vətəndaşlarının İranda həbsi xoşəgəlməz haldır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov İranda iki Azərbaycan vətəndaşının saxlanmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu cür halların tez-tez baş verməsi ictimaiyyətin narahatçılığına səbəb olur:
“Bu, eyni zamanda dövlət orqanı kimi bizim də narahatçılığımıza səbəb olur. Digər ölkələrdə saxlanan və ya məsuliyyətə cəlb olunan vətəndaşlara hüquqi yardım göstərilməsi Azərbaycan dövlətinin borcu, ölkənin diplomatik təmsilçilərinin bilavasitə vəzifəsidir. Biz də bunu edirik. Eyni zamanda diplomatik nümayəndələr Azərbaycan vətəndaşlarının İranda saxlanılması faktı ilə bağlı lazımi tədbirlər görüblər və İran tərəfinə müraciət ediblər. Onların harada olması məsələsi araşdırılıb. İran tərəfi hələ də vətəndaşlarımızın hansı səbəbdən saxlandığını tam açıqlamayıb. Amma hər halda bütün məsələlər aydınlaşacaq. Əgər İranda saxlanılan vətəndaşların günahı yoxdursa, Azərbaycan dövləti onların azad olunması üçün əlindən gələn bütün tədbirləri görəcək".
DOSTLARINLA PAYLAŞ: