Ombudsman ABŞ səfirini qəbul edib
10 Mart 2011 Cümə Axşamı 14:01
Səfir müvəkkilin fəaliyyətinin əsas istiqamətləri ilə maraqlanıb
İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza ilə görüşüb.
Ombudsman Aparatından verilən məlumata görə, görüşdə E.Süleymanova ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının uğurla icra edildiyini, bu planın təbliği və tətbiqinin monitorinqi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədi ilə respublikanın bütün rayonlarında ictimai dinləmələrin keçirildiyini diqqətə çatdırıb.
Səfir M.Brayza ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyət göstərdiyini bildirib. Müvəkkilin fəaliyyətinin əsas istiqamətləri ilə maraqlanan səfirin sualları ətraflı cavablandırılıb.
Ombudsman qonağa təsisatda hazırlanmış çoxsaylı hüquqi ədəbiyyat və nəşrlər barədə məlumat verib.
DOSTLARINLA PAYLAŞ: