Öcalanı Mossad yaxalayıb
01 Mart 2010 Bazar Ertəsi 20:45
11 illik sirrin üstü açılıb. Öcalanı Mossad yaxalayıb.
PKK lideri Abdulla Öcalanın Kenyadakı həbsinin İsrailin gizli kəşfiyyat xidməti olan Mossad tərəfindən təşkil edildiyi ortaya çıxıb.

Mossadın tarixindən bəhs edən “Gideonun casusları” kitabında Şimali İraqa getməyə hazırlaşan Öcalanın 1999-cu ildə biri qadın olmaqla 6 İsrail agenti tərəfindən yaxalanması iddia olunur. Yazıda qeyd olunur ki, Mossad məsələyə, o vaxt Türkiyənin baş naziri olan Bülənt Ecevitin İsrail baş naziri Benyamin Netanyahudan kömək istəməsindən sonra qarışıb. Netanyahunun bu məsələyə dair isə yalnız bir şərti olub. Şərtə görə, Öcalanın həbsini Türkiyə kəşfiyyatı öz əməliyyatı kimi təqdim etməli, Mossadın burada hər hansı bir rolunun olması gizlədilməli idi.

Kenyada nəşr olunan “Daily Nation” qəzetinin yazdığına görə, o vaxt Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları Öcalanı Yunanıstan səfirinin evinə qədər izləsə də, heç bir əməliyyat keçirməyib. Hava limanında da MKİ əməkdaşları tərəfindən izlənilən PKK liderini isə turist görkəmində olan Mossad agentləri həbs edib.

Kürd dilində mükəmməl bilən İsrail casusunun Öcalanın cangüdənlərinə onun həyatının təhlükədə olması barədə məlumat sızdırması PKK liderinin Şimali İraqa üz tutmaq qərarını qəbul etməsinə səbəb olub. Bu qərardan öncə isə bir çox Avropa ölkələri Öcalana siyasi sığınacaq verməkdən imtina etmişdilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar