Gündəm

Obamadan təbrik məktubu

Barak Obama müqəddəs Qurban bayramı münasibətilə prezident İlham Əliyevi təbrik edib.

· Xəbərçi
Obamadan təbrik məktubu
Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ABŞ prezidentinin göndərdiyi təbrik məktubunda bildirilir: “Hörmətli cənab Prezident,
Qurban bayramı münasibətilə mənim və xanımım Mişelin Sizə və Azərbaycan xalqına olan ən xoş arzularına Amerika xalqı da qoşulur. Ümid edirəm ki, bütün xalqlar Qurban bayramının təcəssüm etdirdiyi sədaqət və qurbanlıq ruhunu əziz tutacaq, bütün bəşəriyyət arasında sülh və xeyirxahlığa şəfqətlə və təmənnasız nail olmaq səylərini davam etdirəcəklər. Sizə və Azərbaycan xalqına qarşıdakı ildə hədsiz xeyir-dua diləyirəm”.

Şərhlər