Növbeti ermeni terrorundan 22 il ötür
28 Yanvar 2014 Çərşənbə Axşamı 04:05
Ermeni terroru neticesinde ekseriyyeti qadın ve uşaqlardan ibaret 41 sernişin ve 3 ekipaj üzvü olmaqla 44 nefer dünyasını deyişib.
Ermeni silahlılarının Dağlıq Qarabağda mülki ehaliye qarşı töretdiyi növbeti terror hadisesinden 22 il ötür. ANS PRESS-in melumatına göre, 1992-ci il yanvarın 28-de Ağdamdan Şuşaya uçan 27137 saylı "Mİ-8" mülki vertolyotu ermeniler terefinden Xankendi istiqametinden qumbaraatanla vurulub.
Terror hadisesi Şuşanın Xelfeli kendinin yaxınlığında baş verib. Hadise neticesinde ekseriyyeti qadın ve uşaqlardan ibaret 41 sernişin ve 3 ekipaj üzvü olmaqla, 44 nefer dünyasını deyişib.
Bundan evvel ise 20 noyabr 1991-ci ilde ermenilerin Xocavend rayonunun Qarakend kendi yaxınlığında "Mİ-8" vertolyotunun ateşe tutulması neticesinde vertolyot heyeti ve sernişinler - Azerbaycanın görkemli dövlet ve hökümet nümayendeleri, Rusiya ve Qazaxıstandan olan müşahideçiler - 19 nefer vefat edib.
DOSTLARINLA PAYLAŞ: