Niderlanddan Azərbaycana dəstək
26 May 2010 Çərşənbə 10:35
Niderland Krallığı Qarabağda keçirilən “seçki”ni tanımadığını bəyan edib.
Azərbaycanın Niderland Krallığındakı səfirliyinə Niderland Krallığının Xarici İşlər Nazirliyindən Azərbaycanın işğal olunmuş torpaqlarında keçirilən qondarma parlament seçkisi ilə əlaqədar məktub daxil olub. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, sənəddə Niderland Krallığının Dağlıq Qarabağda keçirilən qondarma parlament seçkisilə əlaqədar ölkəmizin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi, münaqişənin sülh yolu ilə ATƏT-in Minsk qrupu çərçivəsində həll olunmasına inam öz əksini tapıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar