Nemət Pənahlı muğam oxuyur
18 İyul 2011 Bazar Ertəsi 23:19
Nemət Pənahlı muğam oxuyur. Onu söyüşlü muğam oxuduğu üçün karserə salıblar.
Xuliqanlıq etdiyinə görə, həbs olunan Nemət Pənahlının acıq aksiyası keçirdiyi xəbər verilir. Ailəsi təcridxanada Nemət Pənahlıya psixoloji təzyiq olduğunu idda etsə də, pentensiyar xidmətdən tam fərqli cavab gəlib. Azadlıq çarçısına psixiatr müayinəsi təyin olunmasının səbəbləri də məlum olub. Demə, Nemət Pənahlı muğam oxuyur. Amma qəzəllərin mətni nəzarətçiləri təhqir edən sözlərdən ibarətdir. Bunu da Pentensiar Xidmətindən bildiriblər.
Nemət Pənahlının xanımı Həcər Pənahlı hazırda onun vəziyyətinin ağır olduğunu bildirib. Onun sözlərinə görə, təcridxanada nəzarətçilər həyat yoldaşına pisixi təsir göstərir. Nemət Pənahlının dərhal xəstxanaya yerləşdirilməsinə ehtiyac var. “Həbsxananın rəisinə müracət etdik ki Nemət Pənahlıya həkim nəzarət etməlidir. Nəhayət 2 həkim dəvət edilib. O həkimlərdən biri şəkərini yoxlamağa gəlib. Digəri də pisixiatr olub. Psixiatr Nemət Pənazlının nəyinə baxacaq, nəyinə diaqnoz qoyacaq?”
Həcər Pənahlı həyat yoldaşının 5 gün karserdə saxlandıqdan sonra aclıq aksiyasına başladığını bildirib.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə Nemət Pənahlıya həbsxanada işgəncə verilməsilə bağlı deyilənləri təkzib edib. Onun sözlərinə görə, Nemət Pənahlı aclıq aksiyası etdiyi üçün təcridxana rəbərliyi onu həkim nəzarətində saxlayır.
“Nemət Pəhanlını arzusu ilə ona müxtəlif növ həkim gətirilib və müayinədən keçirilib. Bir vaxtlar o şikayət etmişdi ki, şəkərli diabeti var. Onunla bağlı da analizlərdən keçirilib. Hazırda bilirsiniz ki, aclıq edib və hazırda səhhətilə bağlı problem yoxdu. Problem olarsa həkim nəzarəti dərhal olacaq”, - deyə Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov bildirib.
Ədliyyə Nazirliyinin Baş İdarəsindən o da bildirilib ki, Nemət Pənahlı qaydalara məhəl qoymayaraq nəzarətçilərlə mübahisə edir. Hətta təcridxanadakılara muğam üstə söyüş söyür. Nəzarəçiləri onu yoxlamağa icazə vermir. Məhz bu səbəblərdən də Pənahlı karserə salınıb. Ona gətirilən həkimlər içərisində pisixiatr olub.
Qeyd edək ki, bu ilin yanvarında döymə və xuliqanlıq ittihamları ilə tutulan Nemət Pənahlı iyunun 17-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 6 il müddətində azadlıqdan məhrum edilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: