Gündəm

Neftçilər günü yaxınlaşır

Neftçilər günü yaxınlaşır. Bununla bağlı yaradılmış Təşkilat Komitəsinin ilk toplantısı keçirilib.

· Xəbərçi
Neftçilər günü yaxınlaşır
Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən “Neftçilər günü” peşə bayramının keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin ilk toplantısı keçirilib. ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, toplantını giriş sözü ilə açan Təşkilat Komitəsinin rəhbəri, ARDNŞ-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, ötən illərdə olduğu kimi 2011-ci ildə də neft-qaz sənayesi işçiləri dövlət tapşırıqlarını artıqlaması ilə yerinə yetirmiş və ənənələrinə sadiq qalaraq, peşə bayramlarını yüksək nailiyyətlərlə qarşılayır.

Tədbirdə qeyd olunub ki, hər il olduğu kimi cari ildə də 20 sentyabr “Neftçilər günü” Milli Parkda böyük təntənə ilə keçiriləcək.

Toplantıda “Neftçilər günü”nün keçirilməsi ilə bağlı yaradılmış Təşkilat Komitəsinin üzvlərinə xüsusi tapşırıqlar verilib və bildirilib ki, bu il həmçinin “Əsrin müqaviləsi”ndən sonra ikinci ən böyük sazişin “Şahdəniz” yatağının birgə işlənməsi haqqında müqavilənin imzalanmasından 15 il ötür. ANSPRESS

Şərhlər