Neft kəskin bahalaşdı
21 Dekabr 2011 Çərşənbə 01:39
“Qara qızıl”ın bir barelinin qiyməti 3,2-3,6 faiz artıb
ABŞ və Almaniyada müsbət iqtisadi statistika fonunda dünya bazarlarında neftin qiyməti 3,2-3,6 faiz artıb. Məlumatı “Bloomberg” agentliyi yayıb.
London birxasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 3,28 dollar və ya 3,2 faiz artaraq, 106,92 dollara çatıb.
Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 3,19 dollar və ya 3,6 faiz bahalaşıb. Bu markadan olan “qara qızıl”ın bir bareli 97,24 dollar təşkil edib.
DOSTLARINLA PAYLAŞ: