Nazim İbrahimov Rusiyadakı emeliyyatlardan danışdı
05 Sentyabr 2013 Cümə Axşamı 11:42
Nazim İbrahimov: Eger bir ölkede baş veren prosesler qanunileşdirilirse, bu, çox normal haldır.
“Hər bir dövlətdə insanlar o ölkənin qanunlarına hörmət edərək yaşamalıdır. Əgər bir ölkədə baş verən proseslər qanuniləşdirilirsə, bu, çox normal haldır və azərbaycanlılara qarşı yönəlməyib”.
APA-nın məlumatına görə, bu barədə azərbaycanlı əmək mühacirlərinin xarici ölkələrdə, xüsusi ilə Rusiyada problemlərlə üzləşməsi sualına cavab verən Diaspora ilə iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.
O əlavə edib ki, hazırda Rusiyada Asiya ölkələrdən gələn minlərlə vətəndaş var və onların müəyyən qayda qanunlara uyğunlaşmasına ehtiyac yaranıb: “Azərbaycanlılar artıq Rusiyada öz yerini tapıblar, demək olar ki hamısı qayda-qanunla yaşayır. Əgər hər hansı azərbaycanlının qanundan kənar fəaliyyəti varsa və yaxud qanunlara uyğunlaşa bilmirsə, biz yardım etməliyik ki, həmin vətəndaşlar Rusiyada bu qanunlara uyğun yaşasınlar. Reydlər zamanı tutulan vətəndaşların milliyyətini bilmək olmur. Saxlananlar arasında nadir hallarda azərbaycanlılar olur, amma bu prosesi azərbaycanlılara qarşı kampaniya kimi dəyərləndirmək düzgün deyil”.
DOSTLARINLA PAYLAŞ: