Nazarbayevin təklifi
01 Dekabr 2010 Çərşənbə 10:45
Qazaxıstan prezidenti ATƏT-in sammitində belə deyib
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Astanada yerləşəcək ATƏT-in Təhlükəsizlik İnstitutunun yaradılmasını təklif edib. Bu təkliflə o, bu gün Astanada başlayan ATƏT-in sammitində çıxış edib.

"Hesab edirəm ki, ATƏT-ə təlükəsizliklə bağlı müxtəlif problemlərin proqnozu ilə bağlı işi təşkil etmək yararlı olacaq. İlk addım kimi ATƏT-in Təhlükəsizlik İnstitutunu yaratmağı təklif edirəm. O, burada-Astanada yerləşə bilər", - deyə samittin açılışında çıxış edən prezident bildirib.

Nazarbayev ATƏT ölkələrinə həmçinin Əfqanıstandakı vəziyyəti nizamlamaq üçün kompleks strategiya yaratmaqla bağlı müraciət edib: "Biz Əfqanıstanda vəziyyətin nizamlanması, bu ölkədə iqtisadiyyatın və sabitliyin bərpası üçün strategiyanın işlənib hazırlanmasını lehinəyik".



DOSTLARINLA PAYLAŞ:

oyunlar