Gündəm

Naxçıvanda zəlzələ olub

Naxçıvanda zəlzələ olub. Dağıntı və tələfat yoxdur.

· Xəbərçi
Naxçıvanda zəlzələ olub
Naxçıvan Muxtar Respublikasında zəlzələ baş verib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Məlumata görə, zəlzələ bu gün saat 08:32 radələrində Muxtar Respublikanın Ermənistanla sərhəd zonasında baş verib.

Naxçıvan şəhərindən 70 kilometr şimali-qərbə qeydə alınan yeraltı təkanın gücü 3 bal, dərinliyi isə 16 kilometr olub. Zəlzələ hiss edilməyib. İtki və tələfat yoxdur. ANSPRESS

Şərhlər