NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib ki, alyansda Müammər Qəddafinin gizləndiyi yer barədə məlumat yoxdur. NATO-nun rəhbəri bəyan edib ki, Liviyadakı hərbi ittifaqın yecanə hədəfi ölkənin mülki əhalisinin təhlükəsizliyinin təmin edilməsidir.
“Məndə onun (Qədafinin) yeri barədə hər hansı informasiya yozdur. O, NATO-nun əməliyyatının hədəfi deyil”, - Anders Foq Rasmussen jurnalistlərə bildirib.
Liviya Milli Keçid Şurasının ədliyya naziri Maru Amadu isə bildirib ki, Qəddafinin 200 maşının müşayiəti ilə Niger ərasizinə keçməsi və orada gizlənməsi barədə bir qədər əvvəl yayılan məlumatlar həqiqədə uyğun deyil. “Bütün dünyaya bildirmək istəyirik ki, Qəddafi Nigerdə deyil”, - Milli Keçid Şurasının nümayəndəsi mətbuat konfransında deyib.
“NATO Qəddafinin yerini bilmir”
“O, NATO-nun əməliyyatının hədəfi deyil”




Şərhlər