NATO ekspertləri Azərbaycana gələcək
10 Fevral 2010 Çərşənbə 10:50
NATO ekspertləri Azərbaycana 17-22 fevral tarixlərində səfər edəcək
NATO ilə Azərbaycan arasında imzalanan “Fərdi Tərəfdaşlıq Planına” əsasən fevralın 14-dən mayın 5-dək Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində ərəb dili kursu keçiriləcək. Fərdi Tərəfdaşlıq Planına əlavə olaraq fevralın 17-dən 22-dək Silahlı Qüvvələrin Çavuş hazırlığı üzrə NATO Ekspert qrupunun Azərbaycana səfəri olacaq. Bundan başqa, 17-21 fevral tarixlərində Bakıda Quru Qoşunları MTT məktəbi və təmas xəttində yerləşən bölmələrlə tanışlıq səfəri olacaq.

Azərbaycanla Türkiyə arasında imzalanan ikitərəfli əməkdaşlıq planına əsasən fevralın 14-dən aprelin 4-dək İstanbulda Təkmilləşdirilmiş partlayıcı qurğular kursu keçiriləcək.

Azərbaycan-Rumıniya arasında imzalanan ikitərəfli əməkdaşlıq planına əsasən isə fevralın 15-dən 26-dək Buxarest şəhərində (Rumıniya) Hərbi-Mülki Əməkdaşlıq (CIMIC) kursu olacaq.

FTP-dən əlavə, 18-19 fevral tarixlərində Cenevrə şəhərində (İsveçrə) “Gender məsələləri və təhlükəsizlik sektorunda islahat” kursu keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar