NATO Bakıda təlim keçirir
05 May 2014 Bazar Ertəsi 10:22
Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi keçiriləcək.
Bu gün 5-8 may tarixlərində Bakı şəhərində Azərbaycan Respublikasının NATO qüvvələri ilə yüksək səviyyəli uyarlığa nail olmaq məqsədilə Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin motoatıcı taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təlimi keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə,Azərbaycan 2004-cü ilin aprel ayından NATO-nun ƏİK proqramına qoşulub.
Azərbaycan Respublikası Silahlı Qüvvələri ƏİK proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bir yüngül motoatıcı bölüyü təqdim edib, 2010-cu ilin avqust ayından isə tabor yaradılıb.
DOSTLARINLA PAYLAŞ: