Napoleon qafqazlı olub?
16 Yanvar 2012 Bazar Ertəsi 20:36
Fransalı genetik-alim sensasiyalı bəyanatla çıxış edib.
Fransalı alim, məşhur sərkərdə Napoleon Bonopartın Qafqaz əsilli olduğu üzə çıxıb. Belə ki, alim-genetik Jerar Lükot Napoleonun Bonapart əcdadlarının 3 ilə yaxın apardığı DNT tədqiqatlarından sonra belə gözlənilməz bəyanatla çıxış edib. “Fiqaro” jurnalının verdiyi məlumata əsasən, Napoleonun hüceyrələrinə sahibliklə bağlı eksklüziv hüquqlara malik alim tədqiqatı imperatorun mükəmməl saxlanılmış saçları üzərində aparıb. Lükot ilk öncə Napoleonun mitoxondral DNT-sini, daha sonra DNT-nin Y- xromosomunu araşdırıb.

İlkin nəticələrə görə, Napoleonun Yaxın Şərq əsilli olduğu müəyyənləşib. Belə ki, Napoleonun əcdadı sayılan Françesko Bonopart Fransanın Sarsana şəhərində yaşayıb və bu şəhər tez-tez müsəlman xalqlarının hücumuna məruz qaldığından onun ərəb əsilli olduğu ehtimalı irəli sürülüb. Ancaq daha sonra Napoleonun qardaşı Jerom Bonapartın nəslindən olan 60 yaşlı Şarl Napoleonun müraciət etməsi bu versiyanı alt-üst edib.

Yaşlı fransızın Y-xromosomları araşdırıldıqdan sonra Napoleonun soy kökü ilə bağlı konkret bilgilər ortaya çıxıb. “Napoleon ərəb deyil, o, qafqazlı olub” deyən Lükot tarixçilər üçün yeni qalmaqalın əsasını qoyub.


DOSTLARINLA PAYLAŞ:

oyunlar