“Nabucco”nun ilk hissəsi açıldı
16 Oktyabr 2010 Şənbə 12:05
Macarıstan və Rumıniya qaz kəmərinin 47 kilometrlik hissəsinin açılışını ebidlər.
Macarıstan və Rumıniya “Nabucco” qaz kəmərinin Arad-Seqed marşrutu üzrə keçən 47 kilometrlik hissəsinin açılışını ebidlər. Bu, Macarıstan və Rumıniyanın qazpaylayıcı sistemlərini birləşdirən hissədir. Bu barədə qaz kəmərinin tikintisində iştirak edən Macarıstanın “MOL” neft şirkəti tərəfindən yayılan məlumatda deyilir.

Qaz kəmərinin böyük bir hissəsi Macarıstan ərazisindən keçir. Bundan əvvəl isə Rumıniya ərazisində qaz kəmərinin 60 km-lik hissəsi açılıb. Həmin hissəni isə Rumıniyanın “Transgaz” şirkəti tikib.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan “Nabucco” kəmərinin inşası məqsədilə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), “BOTAŞ” (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67 faiz təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Qaz kəmərinin ötürücülük qabiliyyəti illik 31 milyard kummetrdir və 2015 ildə işə salınması planlaşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar