Nabucco hele ölmeyib
06 İyul 2013 Şənbə 01:23
Avropa İttifaqının energetika komissarı Guenther Oettinger Avstriyanın “Wirtschafts Blatt” qəzetinə məqalə yazıb.
Azərbaycanın təbii qazını Qərbi Avropaya nəql etmək üçün layihələndirilən Nabucco boru kəməri marşrutu masa üzərindən götürülməyib. ANS PRESS-in məlumatına görə, bu barədə Avropa İttifaqının energetika komissarı Guenther Oettinger Avstriyanın “Wirtschafts Blatt” qəzetində dərc etdirdiyi məqaləsində yazıb.

“Bu yalnız başlanğıcdır. TAP-ın inşası və daha çox qazın nəqli barədə qərar o deməkdir ki, Avstriya-Nabucco West marşrutu hələ də müzakirə mövzusudur”, - Oettinger yazır.

Azərbaycanın nəhəng Şahdəniz-2 yatağından və sonralar ölkənin başqa yataqlarından çıxarılan qaz Avropaya nəql ediləcək.
Nabucco West lasyihəsinə görə, Azərbaycan qazı Türkiyədən götürülməli, oradan isə Bolqarıstan, Rumıniya və Macarıstan vasitəsilə Avstriyaya çatdırılmalıdır.

TAP – Transadriatika kəməri də Türkiyədə başlayacaq, lakin Yunanıstan və Albaniyadan keçərək cənubi İtaliyaya ötürüləcək.
Oettinger yazır ki, yaxın müddətdə Avropanın qaz təchizatının təminatı üçün hər iki kəmərə ehtiyac olacaq.

Azərbaycanın dövlət neft şirkəti də ötən həftə TAP layihəsinə razılıq versə də, bildirib ki, qaz gələcəkdə Mərkəzi Avropaya da nəql edilə bilər.
ARDNŞ BP və Statoil kimi partnyorları ilə birlikdə bu qərarı 10 illik müzakirələrdən sonra qəbul edib. TAP 2019-cu ildən başlayaraq hər il 10 milyard kubmetr Azərbaycan qazını Avropaya nəql edəcək.

Bu kəmərin səhmdarları - Statoil, İsveçrənin AXPO və Almaniyanın E.ON Ruhrgas şirkətləridir. Nabucco West layihəsinə isə Avstriyanın OMV enerji şirkəti rəhbərlik edir. OMV bundan əvvəl bildirmişdi ki, Nabucco layihəsi artıq bitib və şirkət əvəzində diqqətini qazın Qara dənizdən Avropaya gətirilməsinə yönəldəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar