Muzdlu işçilərin sayı artıb
01 Oktyabr 2013 Çərşənbə Axşamı 17:18
Ölkədə əmək haqı ilə işləyənlərin sayı 2020-ci ilədək 2 milyona çatacaq.
Ölkədə olan muzdlu işçilərin ümumi sayı 2020-ci ilədək 2 milyon nəfərə çatacaq. DSMF sədrinin sözlərinə görə hal-hazırada ölkədə olan əmək haqı ilə işləyən içilərin sayı 1milyon 480 min təşkil edir. Bu rəqəm 2020-ci ilədək artaraq 2 milyona çatacaq.
DSMF sədri Səlim Müslümov pensiya alan ahıl vətəndaşların sayının çoxluq təşkil etdiyi rayonların siyahısını da da açıqlayıb. Bu siyahının ön pillələrinidə Gədəbəy, Quba, Qusar kimi rayonlar dayanır.
Siyahının aşağı pilləsinə yəni, pensiya alan ahılların azlıq təşkil etdiyi rayonların sırasına Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl kimi rayonlar daxildir.
Səlim Müslümov son illər ərzində ölkə ərazisində doğulan uşaqların sayının da artdığını vurğulayıb. Onun sözlərinə görə, keçən il ərzində ölkə ərazisində 176 min uşaq doğulub ki, bu rəqəm də bir il ərzində ümumi ölkə ərazisində doğulan uşaqların sayının artmasını göstərir.
DSMF-nin sədri Səlim Müslümov Azərbaycan əhalisinin ümumi sayının da artdığını qeyd edib. O, ölkə əhalisinin ümumi sayının 10 milyona yaxınlaşdığını da bildirib.
DOSTLARINLA PAYLAŞ: