Müdafie sektoru 11 ayda 77 itki verib
01 Dekabr 2013 Bazar 05:32
Bu zaman erzinde dünyalarını deyişenlerin 10 nefer ermeni güllesi ile ölen, 67 nefer ise qeyri-döyüş itkileridir.
Tehlükesizlik ve müdafie sektorunun bu ilin 11 ayı erzinde 77 itki verib. "Doktrina" Jurnalistlerin Herbi Araşdırmalar Merkezinin kütlevi informasiya vasiteleri üzerinde heyata keçirdikleri monitorinqin neticelerine esasen hazırlanan siyahıda bu qeyd edilib. “Doktrina” JHAM direktoru Cesur Sümerinli qeyd etdi ki, öten müddetde 91 nefer yaralanıb ve ya xesaret alıb. C.Sümerinli qeyd etdi ki, müvafiq dövrde dünyalarını deyişenlerin 10-u döyüş (10 nefer ermeni güllesi), 67-si ise qeyri-döyüş itkileridir. Bundan başqa C.Naxçıvanski adına herbi listeyin kursantı da namelum sebebden dünyasını deyişib (herbi qulluqçu statusuna malik olmadığına göre siyahıda ayrıca qeyd olunur).
9 nefer bedbext hadiseden (suda boğulma, yıxılma, tank altında qalma, yanma, elektrik cereyanı vurma), 14 nefer avtoqezadan, 3 nefer vertolyot qezasından, 3 nefer namelum sebebden, 2 nefer ehtiyatsızlıqdan, 2 nefer mülki şexs terefinden, 6 nefer qeyri-nizamname (qanunazidd) hereketlerinden, 12 nefer xestelikden dünyasını deyişib. 16 nefer intihar edib. Dünyasını deyişenlerin 59-u Müdafie Nazirliyinin, 5-i Dövlet Serhed Xidmetinin, 9-u Daxili Qoşunların, 1-i XDMI-nin, 1-i Seferberlik ve Herbi Xidmete Çağırış üzre Dövlet Xidmetinin, 2-i Fövqelade Hallar Nazirliyinin (1 nefer Naxçıvan FHN) herbi qulluqçularıdır.
Yaralılara ve xesaret alanlara gelince (91 nefer) C.Sümerinli bildirdi ki, onların 17-i qeyri-nizamname hadiselerinden (o cümleden ehtiyatsızlıqdan) 7-i intihara cehdden, 4-ü mülki şexslerle davadan, 9-u ermeni güllesinden, 2 nefer mina partlayışından, 1-i namelum sebebden, 4-ü bedbext hadiseden (liftin şaxtasına yıxılma, yanğın, partlayış ve s.), 47 ise avtoqeza neticesinde yaralanıblar ve ya xesaret alıblar. 64 nefer Müdafie Nazirliyinin herbi qulluqçusu, 6 nefer Dövlet Serhed Xidmetinin, 20 nefer Daxili Qoşunların, 1 neferse edliyye Nazirliyi Penitensiar xidmetinin mühafize alayının herbi qulluqçusudur. Yaralıların ve xesaret alanların bir çoxu xidmet yerine qayıdıblar.
DOSTLARINLA PAYLAŞ: