Mübarək qaçdı?
11 Fevral 2011 Cümə 17:35
"Əl-Ərəbiyə" telekanalı: "Hüsnü Mübarək Qahirəni tərk edib"
Misir prezidenti Hüsnü Mübarək Qahirəni tərk edib. Bu barədə "Əl-Ərəbiyə" telekanalı məlumat yayıb. Kanal iddia edib ki, prezident ailə ilə birlikdə Qahirədən gedib.
Qeyd edək ki, məlumatın mənbəyi açıqlanmayıb. Mübarəkin hərbi hava limanından naməlum istiqamətdə getdiyi açıqlanıb.
Prezident Hüsnü Mübarək dünən axşam xalqa 17 dəqiqəlik müraciətində yeni seçkilərə qədər öz postunu tərk etməyəcəyini bir daha bəyan edib və buna görə hətta and içib.
“Həyatımın başlanğıcı da buradaydı, sonu da burada olacaq. Torpağın altına girənə qədər, ondan sonra da bu ölkədə olacağam. Allah Misiri qorusun!”, - deyə Hüsnü Mübarək bildirib.
Bundan qəzəblənən əhali isə bu gün küçələrə çıxıb. Minlərlə gənc prezident sarayının qarşısına toplaşaraq Mübarək istefaya gedənədək gözləyəcəyini bildirib. Hüsnü Mübarəkin istefası tələbi ilə bu gün indiyədək ən kütləvi nümayişin keçiriləcəyi, cümə namazında 20 milyon insanın iştirakı gözlənilirdi.
DOSTLARINLA PAYLAŞ: